16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müğənnilər arasında qalmaqal; Biri tənqid, digəri təhdid edir
Tarix: 06-02-2019 15:15 | Bölmə: Şou-biznes
Müğənnilər arasında qalmaqal; Biri tənqid, digəri təhdid edir

Müğənni Sevda Sanəliyeva ilə Afət Fərmanqızı arasında qalmaqal yaşanıb.

Reyting.az xəbər verir ki, Sevda "Nəsimi" filmindən fraqment paylaşaraq İmadəddin Nəsiminin şeirinə mahnı oxuyan Afəti tənqid edib.

"Tariximizə sahib çıxaq və hörmətlə yanaşaq. Düşmənlərimizi özümüzə güldürməyək. Bu biabırçılığı oxuyan, mənə burada yazıb, tez "bloka" niyə atırsan? Bundan betər günə qoya bilməzdi insan özünü məncə",- sözləri Fərmanqızını özündən çıxarıb.

İfaçı İnstaqram səhifəsində Sevdanın ünvanına təhqirlər yazıb:

"Keçmişdə rəqqasəlik edən xanım, indi qarnını örtüb, olub ev qızı. Nəsiminin qəzəlini paylaşıb, məni tariximizə hörmətsizlik etməkdə qınayıb öz aləmində. Gülüm bir az. Nə yaxşı işdi, gedim qarnımı və sinəmi açım, göbəyimlə pul qazanım, sonra da örtüm, tarixi dəyərlərdən danışım. Ay səni öləsən elə... Tarixi dəyərlərdən mental dəyərləri yaşadan insanlar danışa bilər. Məsələn, mənim kimi qəzəli yaşadan.

Qurtarmırlar, birinin başını əzirsən, o biri qalxır. Amma pulumuz da var, adımız da. Məni “qara siyahı”ya salıb o rəqqasəcik, yalandan da yazıb ki, guya mən etmişəm. Artıq-əskik yazsan, ailəndəki o məsələləri işıqlandıracam".(Mənbə: Axşam.az)

Müğənnilər arasında qalmaqal; Biri tənqid, digəri təhdid edir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}