15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Dilarə Əliyevanın milli geyimdəki fotoları yanlış təqdim olunub
Tarix: 09-02-2019 12:58 | Bölmə: Şou-biznes
Dilarə Əliyevanın milli geyimdəki fotoları yanlış təqdim olunub

Əməkdar artist Dilarə Əliyevanın bir neçə il əvvəl qızı Banu ilə milli geyimdə çəkdirdiyi fotosessiya iranlı bloqqer tərəfindən oğurlanıb. İran saytlarından birində Dilarəni iranlı xanım, geyimi isə İranın milli geyimi kimi təqdim ediblər.

Reyting.az
-ın axşam.az-a istinadla verdiyi məlumata görə, D. Əliyeva bildirib ki, hazırda bu məsələnin araşdırılması və yanlışlığın aradan qaldırılmasına çalışır:

"3 il əvvəl modelyerimiz Aygün Mahmudovanın milli geyimləri ilə qızımla fotosessiya etdirdim. Modelyer mənə fotoları göndərdi ki, "İran qadını, İran milli geyimində" adı ilə yayılıb. Təəccübləndim ki, necə ola bilər? İstəyirəm bu məsələni araşdırım. Niyə bizim milli geyim İranınkı kimi təqdim olunur? Yerini, yurdunu araşdırmadan necə belə bir yanlışlıq edilə bilərlər?".

Modelyer də bu məsələni belə qoymayacağını deyərək "Milli geyimlər hazırlamağı sevirəm. Dilarə xanımla da belə işbirliyimiz olub. Google-də bir məsələ ilə bağlı araşdırma aparırdım. Baxdım ki, mənim hazırladığım geyim, fotosessiya. Niyə belə təqdim edildiyini başa düşmədim",- sözlərini əlavə edib.

Dilarə Əliyevanın milli geyimdəki fotoları yanlış təqdim olunub
Dilarə Əliyevanın milli geyimdəki fotoları yanlış təqdim olunub




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər