Müğənni polisə şikayət ərizəsi yazıb
Tarix: 10-04-2019 20:31 | Bölmə: Şou-biznes
 Müğənni polisə şikayət ərizəsi yazıb

Sosial şəbəkələrdə müğənnilərin oxuyub-oynaması, hərəkətləri və danışığı tez-tez müzakirə obyektinə çevrilir. İzləyicilər məşhurları nəinki tənqid edir, hətta təhqirə də keçirlər.

Bu kimi xoşagəlməz və neqativ rəylərlə üzləşən müğənnilərdən biri Nura Suri bildirib ki, onu təhqir edənləri polisə verəcək.

“Facebook”da, “İnstagram”da mən, qəhrəman valideynlərim, övladlarım soyülür. Bu belə davam edə bilməz.

Sosial şəbəkələrdə bu tərbiyəsizliyə son qoymaq lazımdır. Polisə şikayət ərizəsi yazmışam. Məni təhqir edən “İnstagram” səhifələri “screen” olunaraq götürülüb. Heç kimi yazılan təhqirlərə görə bağışlamayacağam.

İndiyə kimi bunlara göz yummuşam. Bundan sonra bu kimi hadisələrə göz yummayacağam. Onlara müharibə elan edirəm.

Səhifələrdə əxlaqsızlığı təblig edən, müğənniləri gözdən salan, söyüş yazan izləyicilərin kimliyi - yəni adı, soyadı, ünvanı təyin olunandan sonra həmin insanları məhkəməyə verəcəyəm. Onları Ali Məhkəməyə qədər aparıb, süründürəcəyəm”.

Nura televiziya kanallarında “qırmızı xətti” keçən aparıcılardan da danışıb:

“Efirlərdə bəzi aparıcılar var ki, səviyyəsizliyin reklamı ilə məşğul olurlar. Sənət adamlarını gözdən salırlar. Heç kimin mənim haqqımda məndən icazəsiz, xəbərsiz yazı yazmağa, şəklimi və videomu paylaşmağa ixtiyarı yoxdur.

Bunu birdəfəlik başa düşsünlər. Açıq-saçıq geyinirəm, belə əcəb edirəm. Bunun heç kimə dəxili yoxdur”.(Oxu.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər