Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-06-2016 14:04 | Bölmə: Şou-biznes

"Bizim nə Orxanla söhbətimiz olub, nə də onun vəkilini tanıyırıq".
Reyting.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında mərhum
xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva miras məsələsində
qohumların razılığa gəlindiyi haqda yayılan məlumatlara münasibət bildirərkən
deyib. Müğənninin bacısı Orxan Nadirovun vəkili Habil Vəliyevin uydurma, şayiə
xəbər yaydığını deyərək xəbərdarlıq da edib:
"Orxan
Nadirovun vəkili özündən söz uydurur. Bu barədə heç bir məsələ olmayıb və söhbət
də olmayıb. Heç kəslə nə danışılıb, nə də söhbət edilib! İlhamə Quliyevanın
mirası nə böyük bir şey olub ki, camaatı maraqlandırır?! Orxan Nadirovun vəkili
yalandan, özündən şayiələr buraxmasın!"
Mərhum müğənninin vəkili
Elmira Məmmədova da məsələ ilə bağlı açıqlama verib. Vəkil bildirib ki, miras
haqqında yayılan son məlumatlar barəsində gün ərzində Orxan Nadirovla görüşüb,
məsələyə aydınlıq gətirməyə çalışacaq.
Qeyd edək ki, mərhum
xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun vəkili Habil Əliyev
modern.az saytına açıqlama verərək bildirib ki, vərəsəlik iddiasında olan digər
qohumlar, o cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva birgə razılığa gəliblər:
"Mən onların
ailə məsələlərinə qarışmıram. Bəzi nüanslar var ki, ailədaxili məsələ olduğu
üçün onları açıqlamaq səlahiyyətində deyiləm. Xalq artistinin vərəsəlik
iddiasında olan bacıları və digər qohumları var. Amma bildiyim qədəri ilə
qohumlar arasında soyuq münasibətlər aradan qalxıb. Onların əksər hissəsi, o
cümlədən xalaları Orxan Nadirovu dəstəkləyir və onu qəbul edirlər. Ümumiyyətlə,
qohumlar Orxanı çox istəyirlər. Güman edirəm ki, yaxın müddətdə bu barədə
ictimaiyyətə məlumat veriləcək".
Miras qalmaqalında
daha çox cənfəşanlıq edən Əli Mirəliyevə gəldikdə, vəkil onun vərəsəliyə
iddialı olmadığını, ümumiyyətlə, qanunun buna yol vermədiyini diqqətə çatdırıb.
Qeyd edək ki,
2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə
Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa
götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal
yaşanıb.
İ.Quliyevanın vəkili
Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artistinin Mərdəkanda
və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində
4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Luimizin"
markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər