Polis müğənni ilə bağlı araşdırma aparır - Səbəb
Tarix: 22-05-2019 16:43 | Bölmə: Şou-biznes
Polis müğənni ilə bağlı araşdırma aparır

Müğənni Kərim Abbasovu döyən şəxs barəsində təhqiqata başlanılıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə ONA-ya Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}