Dünyanın ən varlı müğənnisinin adı açıqlandı
Tarix: 05-06-2019 12:24 | Bölmə: Şou-biznes
Dünyanın ən varlı müğənnisinin adı açıqlandı

“Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı müğənnisi amerikalı Riannadır.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, onun varidatı 600 milyon dollar qiymətləndirilir.

Rianna, beləliklə Madonnanı (570 milyon dollar), Selin Dion (450 milyon dolar) və Beyonse (400 milyon dollar) geridə qoyur.

Rianna ötən ilin noyabr ayında dünyanın ən çox varlı müğənnilərinin reytinqində 7-ci mövqedə idi. O, bir ildən az müddətdə 37,5 milyon dollar qazanmağı bacarıb.

Onun gəlirinin əsas hissəsini zövqlü geyim kolleksiyası istehsalı ilə məşğul olan Moet Hennessy Louis Vuitton şirkəti ilə yaxınlarda başladığı əməkdaşlığı gətirir.

Bundan əlavə, Fenty Beauty kosmetika markası da Riannaya məxsusdur. “Forbes”in məlumatına görə, şirkətin 15 faizi müğənninin, 50 faizi LVMN-nindir.

Hollivud ulduzunun digər brend məhsul istehsal edən şirkətləri də var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}