16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Miri Yusifin konsertində evlilik təklifi oldu - Fotolar
Tarix: 08-06-2019 10:19 | Bölmə: Şou-biznes
Miri Yusifin konsertində evlilik təklifi oldu

Əməkdar artist Miri Yusifin “Yaşıl teatrda 3 gün” adlı solo konserti baş tutub.

Ağ libasda səhnəyə çıxan Miri Yusif “Ruh əkizlərim” mahnısı ilə konsertini açıq elan edib. Müğənnin konsertində fanat seli yaşanıb. Böyük coşqu ilə keçən konsertdə gözlənilmədən yağış yağmağa başlayıb. Bütün bunlara rəğmən konsert öz axarı ilə davam edib.

Hitləri ard-arda düzən sənətçi qeyri-adi addım atıb. Belə ki, Miri Yusif səhnədən yaxın dostuna səslənib. Bu anda isə həmin şəxs sevdiyi xanıma bütün tamaşaçıların önündə evlilik təklif edib. Əməkdar artist onların şərəfinə “Qiymətlim” adlı mahnısını səsləndirib.

Diqqət çəkən məqamlardan birisi isə, Miri Yusifin konsertində həmkarlarının gözə dəyməməsi olub.

Qeyd edək ki, bu həftənin şənbə və bazar günü daxil olmaqla əməkdar artist Miri Yusif canlı solo proqramla Yaşıl teatrın səhnəsində çıxış edəcək.(Oxu.az)

Miri Yusifin konsertində evlilik təklifi olduMiri Yusifin konsertində evlilik təklifi oldu
Miri Yusifin konsertində evlilik təklifi oldu




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}