Türkan Şoray istirahət üçün sərvət xərcləyib
Tarix: 15-07-2019 15:26 | Bölmə: Şou-biznes
Türkan Şoray istirahət üçün sərvət xərcləyib

Türkiyənin məşhur aktrisası Türkan Şoray bir aylıq tətil üçün 312 min lirə xərcləyib.

Reyting.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hər il qızı Yağmur Ünal ilə təkbətək tətilə çıxan Şoray bu il bütün ailəsiylə tətil etməyə qərar verib.

Bunun üçün kisənin ağzını sonuna qədər açan sənətkar, Bodrumda gündəliyi 12 min lirəyə bir aylıq yaxta icarəyə götürüb.

Bir aylıq tətil üçün 312 min lirə ödəyən Türkan Şorayın Bodrumdan başlayan mavi yolcuğu Fethiyeyə qədər uzanıb.

Ailəsinin rahatlığı üçün heç bir xərcdən çəkinməyən artistin bu tətilində qızları Yağmur və Irmak Ünal başda olmaqla bacıları Nazan Şoray ve Figen Çevik Gezer də iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}