Murad Dadaşov yeni layihə reallaşdırmaq istəyir
Tarix: 23-08-2019 16:01 | Bölmə: Şou-biznes
Murad Dadaşov yeni layihə reallaşdırmaq istəyir

Xalq artisti Murad Dadaşov “Maşın”, “Davam ya tamam”, “Özünü tanıt”, “Mərc şou” kimi realiti şoulardan sonra yenilik etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, sənətçi sahibi olduğu “M Group Production” şirkəti vasitəsilə məşhur “Survivor” və “Master Chef” yarışmalarının da lisenziyasını alıb.

O, bunun üçün “Endemol Shine” şirkətinə müraciət edib.

Bir müddətdir layihələri əlində saxlayan M. Dadaşovun proqramları nə vaxt yayımlayacağı isə bəlli deyil.

Xatırladaq ki, lisenziyanı almaq sənətçiyə böyük məbləğə başa gəlib.(Mtv.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}