“Sevimli şou” da bağlandı – N.Məhərrəmli
Tarix: 23-01-2016 20:44 | Bölmə: Şou-biznes


"Space” telekanalında yayımlanan "Sevimli şou” verilişinin yayımı dayandırılacaq.

Bu sözləri jurnalistlərə açıqlamasındaMilli Televiziya vəRadio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

"Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu da verilişin bağlanması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir:"Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır”.

"Space”dənisə "Qafqazinfo”ya bildirilib ki, əslində verilişin bağlanması ilə bağlı yayılan xəbərlər doğru deyil: "Bu verilişdəki çatışmazlıqlarla bağlı MTRŞ-dan kanala iradlar bildirilib və verilişin daha müasir tələblərə uyğunlaşdırılması ilə bağlı tövsiyələr verilib. Telekanal rəhbərliyi dətövsiyələri nəzərə alıb ilk addım olaraq aparıcını dəyişdirib. Bundan başqa, verilişin daha uğurlu inkişafı üçün fəaliyyət göstəriləcək”.

скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
30-06-2019, 14:00 Tarkan əməliyyat olundu

{sape_links}{sape_article}