12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
Tarix: 18-09-2025 11:44 | Bölmə: İqtisadiyyat
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb

ABŞ dolları 3,5 ilin minimum səviyyəsinə endikdən sonra, bu gün yenidən bahalaşıb. Treyderlər Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinin daha da azaldılması ilə bağlı mövqeyinin nəticələrini anlamağa çalışırlar.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, FED faiz dərəcələrini dörddə bir faiz azaldıb və ilin sonuna qədər borclanma xərcləri mərhələli şəkildə azaldılacaq.

FED sədri Jerome Povell bu tədbirləri zəifləyən əmək bazarına cavab olaraq riskin azaldılması tədbiri kimi qiymətləndirsə də, Mərkəzi Bankın yumşaldıcı siyasətə tələsməməli olduğunu qeyd edib.

Məzənnə qərarından dərhal sonra dollar əsas valyutalar səbəti qarşısında 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enərək 96,224-ə düşüb, lakin daha sonra 0,44 faiz kəskin bahalaşaraq 97,074 səviyyəsinə yüksəlib. Bu gün valyuta bahalaşmağa davam edərək 97,163-ə çatıb.

Bu arada, avro əvvəlki gün 1,19185 dollara 2021-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatdıqdan sonra 0,2 faiz ucuzlaşaraq 1,1791 dollar olub. Eyni zamanda, funt sterlinq iyulun 2-dən bu yana ən yüksək səviyyəyə - 1,3726 dollara qalxdıqdan sonra 0,2 faiz ucuzlaşaraq 1,3604 dollara düşüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər