Bakıda iş yerində yıxılan qadın ölüb
Tarix: 18-09-2025 15:40 | Bölmə: Cəmiyyət
Bakıda iş yerində yıxılan qadın ölüb

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs binanın ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər