14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Sabah yağış yağacaq
Tarix: 18-09-2025 12:47 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Sentyabrın 19-da  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-da keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 16-19, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq