Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-08-2016 12:59 | Bölmə: Şou-biznes

Gənc müğənni Zeynəb Muradi mir.az saytına müsahibəsində deyib ki, pərəstişkarlarını çox gözəl, ehtiraslı kliplər və fotosessiyalar gözləyir.
Reyting.az saytı gənc müənninin həmin müsahibəsini təqdim edir:
- Pərəstişkarlarımı çox gözəl, çox ecazkar, insanları sözün əsl mənasında ehtirasa gətirən qeyri-adi kliplər, fotosessiyalar gözləyir. Klip çəkilişlərimdən sonra isə açıq havada konsert verməyi planlaşdırıram. Hazırda 4 mahnı üzərində işlər yekunlaşıb. O mahnılardan biri Türkiyədə oranjiman olunub. Bacardığım qədər, peşəkar şəxslərlə çalışıram ki, həm mahnı, həm də klipim yüksək səviyyədə olsun. Fərid Kərimli, Rəşad Bağırov, İsmayıl Dadaşov, Ruslan Səfəroğlu kimi işinin peşəkarı olan şəxslərlə çalışıram.
Sentyabra kimi 4 mahnıma da klip çəkilib hazırlanacaq və həmin 4 mahnının təqdimat mərasimi də elə eyni gündə baş tutacaq.
- Sosial şəbəkələrdəki hesabınızdan klip çəkimi vaxtı və istirahət məkanlarından fotolarınızı paylaşırsınız. Ümumiyyətlə, sosial şəbəkələrdə pərəstişkarlarınızın fotolarınıza münasibəti necədir?
- Əlbəttə ki, həmin şəxsləri çox gözəl anlayıram. Çünki insanlar bir-birindən fərqli düşüncələrdədir. Hər bir insanın özünəməxsus düşüncə tərzi olmaqla yanaşı, özünəməxsus dünyagörüşü var. Məhz buna görə də, sosial şəbəkələrdə mənim fotolarıma münasibət bildirən şəxslərin fikirlərini normal və hörmətlə qarşılayıram.
Amma buna baxmayaraq, cəsarətli və riskli addımları sevirəm. Bu təkcə o demək deyil ki, açıq-saçıq şəkillər olmalıdır. Məsələn, mən çox təhlükəli və adrenalin dolu yerlərdə fotosessiyalar etmək fikrindəyəm. O fotolarla təkcə geyimimlə yox, məkanın möcüzəvi görüntüsü ilə də hər kəsi heyrətləndirməyi planlaşdırıram.
- Şou-biznesdə Sizə əngəl ola biləcək nəsə varmı və yaxud kimisə özünüzə ciddi rəqib görürsünüzmü?
- Artıq 2 ildir ki, sənətdəyəm. Açığı, heç kəsi özümə rəqib olaraq görmürəm. Mən, Zeynəbəm. Hər kəsin özünəməxsus xüsusiyyətləri var.
Düzdür, sənətinə hörmətlə yanaşdığım müğənnilər çoxdur. Amma buna baxmayaraq, Azərbaycan şou-biznesində mənə rəqib ola biləcək kimsə görmürəm. Çünki mənim bu 2 il içərisində etdiklərimi şou-biznesdə çoxları etməyib. Mənim həyata keçirdiyim və planlarımda olan cəsarətli addımları heç kəs atmayıb və mənim fikrimcə, o planlardakı bir çox şeyi Azərbaycanda heç kəs edə bilməz.
- Sənətinizdə irəli getmək üçün nələri gözə alırsınız? Açıq danışsaq daha çox açıq-saçıq fotolarınızla diqqət mərkəzindəsiniz. Bir çox şəxs bu cür geyimli şou nümayəndələrini qəbul etmirlər. Bəs Siz necə düşünürsünüz, şou- biznesdə irəli getmək üçün açıq-saçıq geyinmək vacibdir, yoxsa ecazkar səs?
- Mən hərtərəfli özümə güvənirəm. Mənim bədənimdə və yaxud səsimdə hər hansısa bir qüsurum yoxdur. Fotosessiyalarda çəkdirdiyim fotolara özüm də diqqətlə baxıram və açığı, öz bədənimdə bir qüsurlu nöqtə görmürəm. Belə olan halda da, mənim fikrimcə, istər gözəlliyim, istərsə də səsimə görə çox yüksəklərdə olacağıma inanıram.
- Olubmu ki, hansısa həmkarınız gündəmdə qalmaq üçün Sizə süni qalmaqal təklif etsin?
- Əlbəttə olub.
- Ad çəkə bilərsinizmi?
- Üzr istəyirəm, amma ad çəkə bilməyəcəm.

- Bizim üçün hansı eksklüziv etirafınız olacaq?
- Özəl həyatımla bağlı etirafım odur ki, bir çoxları məni subay bilirlər. Amma mən evliyəm və bir övladım var. Daha dəqiqi, bir oğlum var. Bu evliyim də qanuni evlilikdir. Açığı, istəmirəm kimsə məni yanlış anlasın. Mən bu sənətə məhz ailəmin və həyat yoldaşımın razılığı ilə gəlmişəm.

Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər