Brilliant ilə Röya arasında erməni ifaçıya görə qalmaqal yaranıb - Video
Tarix: 03-12-2019 20:54 | Bölmə: Şou-biznes
Brilliant ilə Röya arasında erməni ifaçıya görə qalmaqal yaranıb

Xalq artisti Brilliant Dadaşova instaqramda müğənni Röya ilə aralarında baş vermiş qalmaqala münasibət bildirib. Brilliant Dadaşova Röya Ayxanın “Millətimi incidən millətə “Super” yazmaram, yaza bilmərəm”,- sözləri ilə bağlı videoaçıqlama da yayıb.

Reyting.az
xəbər verir ki, Xalq artisti Röya Ayxan isə Brilliant Dadaşova ilə aralarında yaranan incikliyə son qoymaq istədiyini bildirib:

"Mən, sadəcə, öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğurdan da, mənim fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!"

Xatırladaq ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin Brilliant Dadaşovanın erməni musiqiçinin ifasına “Super!” yazmasına aşağıdakı fikri bildirmişdi:

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "Super!" yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini və problemlərini çəkirəm. Hələ bu qədər əziyyət qarşısında "Super!" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun… Brilliant xanımla bu barədə razı deyiləm. Fikrini deyib, sonra pozub".



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}