15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Rəqsanə müğənni həmkarı ilə razılaşmır: “Sizə yaraşmaz...”
Tarix: 13-12-2019 00:24 | Bölmə: Şou-biznes
Rəqsanə müğənni həmkarı ilə razılaşmır: “Sizə yaraşmaz...”

Müğənni Rəqsanə İsmayılova Əməkdar artist Vasif Məhərrəmlini tənqid edib.

Reyting.az
MTV-yə istinadla xəbər verir ki, R. İsmayılovanın tənqidinə səbəb V. Məhərrəmlinin televerilişlərin birində dediyi sözlər olub.

Müğənni proqrama gələn Günay və Ramil cütlüyünü qınayıb. O, Günayı tənqid edərək, onun ünvanına sərt sözlər deyib.

"Vasif dostumdur, amma niyə kimsəsiz qadını qınayır? Ona yaraşmaz. Günay nələr çəkib onu hiss edə bilməzsiniz. O verilişdə mən olsaydım, sizin yerinizə Günaya kömək edərdim. Nə bilirsiniz ki, nə qədər yaşayacağıq, dünyanı tutub durmayacağıq. Günayın yerində bizim də övladımız ola bilər. Siz kişisiniz, üç övladı üçün əzab çəkib, sürünən kimsəsiz insana qarşı belə etmək sizə yaraşmaz. Heç düz etmədiniz, məndən küssəniz də həqiqət budur",- Rəqsanə bildirib.

Rəqsanə müğənni həmkarı ilə razılaşmır: “Sizə yaraşmaz...”




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər