07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Flora Kərimovanın növbəti qalmaqalı – Məhkəmə qərar verəcək
Tarix: 17-12-2019 09:34 | Bölmə: Şou-biznes
Flora Kərimovanın növbəti qalmaqalı – Məhkəmə qərar verəcək

ATV-də yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olan Xalq artisti Flora Kərimova qalmaqal yaşadığı yazar, jurnalist Ülviyyə Alovludan söz açıb. O, qarşı tərəflə dekabr ayının 20-də məhkəmədə görüşəcəyini dilə gətirib:

“Ülviyyə Alovlunu da məhkəmədə uddum. O da mənə ağzına gələni dedi, onu da verdim məhkəməyə. Ekspertiza palaz boyda söylədiklərinə rəy verib. Ayın 20-si məhkəmədir. Onlar məni söyəcəklər, mən də deyəcəyəm ki, əcəb edirsən?”

Flora Kərimovanın növbəti qalmaqalı – Məhkəmə qərar verəcək

Oxu.Az xəbər verir ki, jurnalist Ülviyyə ad çəkmədən şəxsi “Facebook” hesabında məsələ ilə bağlı alovlu status paylaşıb:

“Deyəsən, bir nəfər nazir olmaq xülyası ilə küçələrə düşüb, mitinqlərdə iştirak edəndə başına o qədər vurublar ki, son “şurupları” tökülüb. Əvvəl deyir, məni məhkəmədə udub, sonra da deyir, ayın 20-si iclasdır. Yavaş ud, ayaqqabılarım boğazında qalar”.

Flora Kərimovanın növbəti qalmaqalı – Məhkəmə qərar verəcək

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}