15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Oqtay Əliyev müğənnini məhkəməyə verib - Qalmaqal
Tarix: 18-12-2019 16:06 | Bölmə: Şou-biznes
Oqtay Əliyev müğənnini məhkəməyə verib

“Soy production”ın rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib.

Kərim bildirib ki, aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilib:

“Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraata götürmədi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə “erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki?

Oqtay müəllim, yazdığım SMS-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, pazan ayrı. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.

Qeyd edək ki, Kərim E. Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər