Faiq Ağayev Rəqsanəni səhnəyə buraxmayıb
Tarix: 29-12-2019 14:36 | Bölmə: Şou-biznes
Faiq Ağayev Rəqsanəni səhnəyə buraxmayıb

Müğənni Rəqsanə İsmayılova illər əvvəl Xalq artisti Faiq Ağayevlə qalmaqalından danışıb.

Reyting.az
xəbər verir ki, R. İsmayılova F. Ağayevin onunla eyni səhnəni bölüşməkdən imtina etdiyini bildirib: "Bakıda toyda olmuşuq, məclisi də Faiq bəy idarə edirdi. Toyun bitməyinə bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır”.

R. İsmayılovanın sözlərinə görə, ola bilsin ki, həmin vaxtlar F. Ağayevə mənim barəmdə doğru məlumat verməyiblər: “Telefonla danışdıq, məsələni həll etdik. İndi onu çox istəyirəm. Hətta, boğazı ağrıyanda buradan ona bal göndərmişdim”.(MTV)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}