Sevda konsert vermək üçün mahnı tapmır
Tarix: 28-01-2020 17:28 | Bölmə: Şou-biznes
Sevda konsert vermək üçün mahnı tapmır

“Son günlər mahnıların “tutmamasından” həmkarlarım kimi mən də narazıyam. Bilmirəm ki, niyə belədir? Qarışıqlıqdır. Vəziyyətimiz acınacaqlıdır. Ümid edirəm ki, tez bir zamanda hər şey düzələr. Mahnılar çox olsa da, heç biri illər öncə yazılanların yerini vermir”.

Reyting.az
xəbər verir ki, bunu Axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib.

Mahnıların hitə çevrilməməsindən şikayətlənən sənətçi “Sevda bahalı müğənnidir” sualına belə cavab verib:

“Bəli, bahalı müğənniyəm... Digər tərəfdən də, “bahalı” söhbətini özümə aid etmək istəmirəm. Sevilən müğənniyəm. Hər kəs əziyyətinin çörəyini yeyir. Mən də həmçinin”.

Müğənni uzun müddətdir konsert verməməsinin səbəbini də açıqlayıb:

“Durğunluqdur, konsert vermək üçün yaxşı repertuar lazımdır. Düşündüyüm konsert başqa cürdür. Onu indi yox, başqa vaxt həyata keçirəcəm. İndi özümə əminəm, güvənirəm. Konsertə tamaşaçı yığmamaq kimi qorxum yoxdur. İnstaqramda 1,3 milyon izləyicim var. İnanıram ki, onun 2 mini konsertimə gələcək”.

S. Yahyayeva yaxın günlərdə yeni mahnı təqdim edəcəyini bildirib:

“Beş-on günə Ədalət Şükürovun mahnısını ifa edəcəm. Məşhur mahnı deyil. 90-cı illərdə yazıb. İnanıram ki, bəyəniləcək”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}