15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Müğənninin ailə üzvləri məhkəməyə müraciət edib - Foto
Tarix: 01-02-2020 22:18 | Bölmə: Şou-biznes
Müğənninin ailə üzvləri məhkəməyə müraciət edib

Müğənni Əhməd Kaya haqqında çəkilən "İki Gözüm: Ahmet" filminə görə məhkəməyə müraciət olunub.

Reyting.az
xəbər verir ki, ifaçının həyat yoldaşı Gültən Kaya və qızlarının məhkəməyə müraciət etməkdə məqsədləri ekran işinin efirdə yayımlanmasını əngəlləməkdir.

Məhkəmə istəyi qəbul edib və fevralın 7-də yayımlanacağı gözlənilən filmin nümayişini dayandırmaq qərarı verib.

Xatırladaq ki, bir müddət əvvəl ifaçının ailəsi mətbuata bildirib ki, Əhməd Kayanın ailəsindən icazə alınmadan, onun həyatını mövzuya çevirən bütün layihələr Türkiyə Cümhuriyyətində və bütün dünyada qanunsuzdur.(Axşam.az)

Müğənninin ailə üzvləri məhkəməyə müraciət edib




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər