Aktyor: “Hansı obrazına görə Murad Dadaşova Xalq artisti fəxri adı verilib?”
Tarix: 19-02-2020 16:54 | Bölmə: Şou-biznes
Aktyor: “Hansı obrazına görə Murad Dadaşova Xalq artisti fəxri adı verilib?”

“Hindistanda, İranda, Türkiyədə olmuşam, hər yerdə bizim bu fəxri ad məsələsinə gülürlər. Miri Yusif hələ ən şükürlüsüdür. Özünə görə reperdir. Miri Yusifi deyirik, amma ondan da dəhşətli “bozbaş” Xalq artistləri var”.

Reyting.az
xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində aktyor Kamran Yunis deyib. O, Murad Dadaşovun ünvanına tənqidlər səsləndirib:

“İllərlə oturub düşünürəm ki, niyə və nəyinə görə veriblər bu adı sənə? Rəhmətlik Habil Əliyev demiş, yaxşı, verirdilər, bəs sən niyə götürürdün? Həsənağa Turabov, Həsən Məmmədov da Xalq artistidir, Murad Dadaşov da? Heç olmasa o sənətkarların ruhundan utanmırmı? Aktyor deyil.

Ola bilər yaxşı insandır, yaxşı şoumendir. Amma "Xalq artisti" deyil axı, başınıza dönüm. Murad Dadaşov bu günə qədər hansı obrazı yaradıb? Müslüm Maqomayevə verilib ey bu ad. Heç nə etməyə-etməyə adama necə Xalq artisti adı vemək olar?”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}