Məşhur müğənni cəza aktını imzalayıb
Tarix: 19-10-2016 13:19 | Bölmə: Şou-biznes


Türkiyənin məşhur müğənnisi, "O səs Türkiyə” yarışmasının münsifi Hadisə proqramda çətin vəziyyətə düşüb.

Türkiyə mediası xəbər verir ki, çəkilişlər zamanı icra məmurları studiyaya gəlib. Buna səbəb Hadisənin 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinin şərtlərini pozması və 250 min avro cərimələnməsidir.

İddiaya görə, verilişdə fasiləyə çıxmağa məcbur olan Hadisə ağlaya-ağlaya cəza aktını imzalayıb, daha sonra proqrama davam edib.

Bəzi tamaşaçılar isə bildirib ki, sənətçi studiyaya sırğasız və boyunbağısız qayıdıb. (Qafqazinfo)





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər