Tanınmış meyxanaçılar da “Evdə qal” kampaniyasına qoşuldu -Video
Tarix: 04-04-2020 23:08 | Bölmə: Şou-biznes
Tanınmış meyxanaçılar da “Evdə qal” kampaniyasına qoşuldu

Azərbaycanın tanınmış meyxanaçıları yeni növ koronavirus təhlükəsi ilə bağlı xalqı evdə qalmağa, küçələrə çıxmamağa səsləyir.

Reyting.az
xəbər verir ki, ziyalılar, alimlər, həkimlər və müğənnilərdən sonra meyxanaçılar da insanlarımızı COVİD-19-dan qorumaq naminə “Evdə qal” çağırışı ediblər.

Meyxana ustadları Namiq Qaraçuxurlu, Mehman Əhmədli, Ağamirzə populyar “Natiq” ritm qrupunun müşayəti ilə “İndi təhlükəlidir hər yan evdə qal, özüvü qoru, Azərbaycan evdə qal” qafiyəsi əsasında meyxana deyiblər.

Meyxana ustadlarının bu çağırışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və dəstəklənib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}