Röya-Natəvan qalmaqalına Səidə də qoşulub - Fotolar
Tarix: 04-05-2020 14:27 | Bölmə: Şou-biznes
Röya-Natəvan qalmaqalına Səidə də qoşulub

Xalq artisti Röya Ayxanla müğənni Natəvan Həbibi arasındakı imic qalmaqalına Səidə Sultan da qoşulub.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, Natəvan yeni klipi üçün saçlarını qaynaqla uzadıb. Röya isə yeni fotosessiyası üçün saçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Səidə isə Röyanın onun bir neçə ay əvvəl etdirdiyi fotosessiyasını təkrarladığını iddia edib.

Natəvan və Röya hər gün İnstaqramın hekayə bölümündə yeni bir foto yayımlayaraq tarix yazır və hər biri ayrı-ayrılıqda bunu ilk dəfə özünün etdiyini bildirir.

Bu dəfə isə Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlayıb. O, paylaşımına "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkili mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir", - yazıb.

Natəvan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq",- şərhini qeyd edib.

Röya-Natəvan qalmaqalına Səidə də qoşulubRöya-Natəvan qalmaqalına Səidə də qoşulub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}