16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Müğənni və modelyer arasında qarşıdurma yaranıb
Tarix: 10-06-2020 17:00 | Bölmə: Şou-biznes
Müğənni və modelyer arasında qarşıdurma yaranıb

Türkiyəli aparıcı və müğənni Seren Serengillə modelyer Tolqa Çam arasında qalmaqal yaşanıb.

Reyting.az
MTV-yə istinadla xəbər verir ki, tərəflər bir-birinə qarşı məhkəmədə iddia qaldırmağa hazırlaşırlar.

Buna səbəb ötən günlərdə modelyerin verdiyi açıqlamadır. T. Çam bir neçə gün öncə sosial media hesabında məşhur birinə səhnədə geyinməsi üçün bir neçə libas verdiyini, ancaq geri qaytarılmadığını söyləyib.

S. Serengil isə aparıcılıq etdiyi verilişdə həmin şəxsin özü olduğunu bildirib və Tolqanın gündəmə gəlmək üçün belə bir addım atdığını bildirib: “2018-ci ildə ona dəstək olmağımı istədi. Mən də iki libasını geyindim, təşəkkür etdim. Geyimləri barterlə göndərmişdi. İndi isə özünü reklam edir. Məhkəməyə vermişəm. Bədəlini ödəyəcək”.

T. Çam isə “Ona zəng edib libasları hədiyyə etdiyimi deyir. Belə bir şey yoxdur. Özü məni tapıb, yazışmalarımız hələ də qalır. 60 min lirə dəyərində 5 libas göndərdim, birini geri qaytardı. Qalanları özündədir. İndi mənə “yeniyetmə” deyir, paltarlarımı geyinəndə “ən yaxşı modelyer” deyirdi. Onun reklamına ehtiyacım yoxdur”,- deyərək, aparıcıya verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}