Azərbaycanlı müğənnidə ölümcül virus aşkarlanıb - Foto
Tarix: 01-07-2020 12:49 | Bölmə: Şou-biznes
Azərbaycanlı müğənnidə ölümcül virus aşkarlanıb

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub.

Reyting.az
xəbər verir ki, bu haqda ifaçı İnstaqram səhifəsində paylaşım edib. O, dostlarına xəbərdarlıq edərək, müayinədən keçmələrini tapşırıb:

"Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm".

Sənətçi əlavə edib ki, müalicə almağa başlayıb.(Axşam.az)

Azərbaycanlı müğənnidə ölümcül virus aşkarlanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}