15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Məşhur müğənni 200 manat cərimə olunub
Tarix: 14-07-2020 20:07 | Bölmə: Şou-biznes
Məşhur müğənni 200 manat cərimə olunub

İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin reyimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.

Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər