İbrahim Borçalının oğlu qəzada vəfat etdi
Tarix: 18-07-2020 12:07 | Bölmə: Şou-biznes
İbrahim Borçalının oğlu qəzada vəfat etdi

Tanınmış müğənni İbrahim Borçalının oğlu qəzada vəfat edib.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, İbrahim Borçalının 22 yaşlı oğlu Rəhim Həsənov Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində avtomobil qəzasına düşüb.

Məlumata görə, BMW markalı avtomobil yüksək sürətlə ötmə əməliyyatını yerinə yetirərkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişinin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün qeyd edək ki, Rəhim Türkiyədə təhsil almışdı.

Allah rəhmət eləsin!

İbrahim Borçalının oğlu qəzada vəfat etdi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}