Müğənnidə ölümcül virus aşkarlanıb
Tarix: 20-07-2020 11:46 | Bölmə: Şou-biznes
Müğənnidə ölümcül virus aşkarlanıb

Müğənni Roza Zərgərli koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır. O bildirib ki, hazırda səhhəti yaxşıdır:

"Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətləri hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə şüşə göründü. Evə qayıdıb, özümü müalicə etdim”.

R. Zərgərlinin sözlərinə görə, həkim ona deyib ki, çoxdan virus daşıyıcısıdır, sağalandan sonra əlamətlərini hiss edib:

“Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı isə odur ki, bütün ailə üzvlərimiz bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə...

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}