15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Müğənni Samir Piriyevin ailəsi dağılır - Foto
Tarix: 23-07-2020 11:42 | Bölmə: Şou-biznes
Müğənni Samir Piriyevin ailəsi dağılır

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü müğənninin sevgilisi kimi təqdim edən qadın onun evinə hücum edərək həyat yoldaşı Anaraya xəsarət yetirib.

Reyting.az
-ın məlumatına görə, Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:

"Onun kimi əxlaqsız biri mənim ailəmin dağılmasına səbəb ola bilməz. Ümumiyyətlə, elə məxluqların heç birinin ailəni dağıtmağa gücü çatmaz. O, övladlarımın bir damla göz yaşına belə layiq olmayan məxluqdur.

10 ildir baş verən hər şey üst-üstə yığıldı. Mənim boşanmağımın tək səbəbkarı Samirdir. Qürurum, onun nankorluğu məni bu səviyyəyə gətirib çatdırdı”.

Anara Piriyeva deyib ki, bu məsələ ilə bağlı çox danışmaq istəmir: “Bunu ictimailəşdirməkdə tək məqsədim həmin qadının cəza almasıdır. Hadisə uzun müddətdir baş verib, polisə şikayət etmişəm. Amma hələ də onun cəzalandırılmasına imkan verilmir. Məqsədim həmin qadının cəzalandırılmasıdır ".

Xatırladaq ki, Samir və Anara cütlüyünün iki övladı var.

Qeyd edək ki, iyunun 8-də, saat 12 radələrində Aynur adlı 27 yaşlı qadın müğənninin evinə gələrək, S. Piriyevin həyat yoldaşı A. Piriyevaya hücum edib.

Müğənni Samir Piriyevin ailəsi dağılır




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər