15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Aktrisa koronaviruslu xəstə obrazını canlandırmaq istəyir
Tarix: 17-08-2020 16:22 | Bölmə: Şou-biznes
Aktrisa koronaviruslu xəstə obrazını canlandırmaq istəyir

“Koronaviruslu xəstələrin çəkdikləri əziyyəti insanlara çatdırmaq üçün virusa yoluxan xəstə obrazını canlandırmaq istərdim. Amma indi bu mövzuda çəkilmək yox, heç eşitmək belə istəmirəm. Çünki bu virusa qarşı çox aqressivəm”.

Reyting.az
xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında aktrisa Günəş Mehdizadə deyib.

Aktrisa virusun onun həyata baxışını dəyişdiyini bildirib:

“Koronavirus dünyaya baxış bucağımı dəyişdi, bütün dünya insanlarının eyni gəmidə olmasını dərk etdim.

Anladım ki, məşğuliyyətimiz bir anda dayana, dünya sükuta qərq ola bilərmiş. Bunu yalnız fantastik filmlərdə seyr edə bilərdim. Artıq su pərilərinin və yadplanetlilərin varlığına belə inanıram. Yaxında, qonşuda itirdiklərim oldu, qorxulu anlar yaşadım. Sevindiyim bir tək şey Yer kürəmizin təmizlənməsi oldu. Sən demə, Yer kürəsinə özünü bərpa etmək üçün çox şey lazım deyil. Tətbiq olunan bütün qanunlara riayət etməklə özümü və yaxınlarımı qorumağa çalışdım.

Karantin sevmədiyim bir kəlməyə çevrilib… Bir də heç vaxt olmasın. Onu da deyim ki, karantin mənə həyatımın boşuna sərf olunduğunu və səbr etməyi öyrətdi”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər