Müğənni bacılar ATV-də aparıcılıq edəcək
Tarix: 17-09-2020 12:58 | Bölmə: Şou-biznes
Müğənni bacılar ATV-də aparıcılıq edəcək

Müğənni Sevil və Sevinc Səfərovalar yenidən aparıcılıq edəcəklər.

Axşam.az-ın məlumatına görə, bacılar bu dəfə ATV-də çalışacaqlar. İfaçıların yeni layihəsi günorta saatlarında yayımlanacaq.

Şou xarakterli proqramda Sevil və Sevinc sənət adamlarını qonaq edəcəklər.

Qeyd edək ki, əkizlər bundan əvvəl "Xəzər" telekanalında "Hər şey daxil" verilişini aparırdı. Bacılar proqramdan ayrıldıqdan sonra aparıcılıq etməyəcəklərini açıqlamışdılar. Bacılar aparıcılığın onların sənətinə mane olduğunu deyirdilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}