15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Günay İbrahimli: “...göz yaşlarımı saxlaya bilmədim”
Tarix: 21-10-2020 19:42 | Bölmə: Şou-biznes
Günay İbrahimli: “...göz yaşlarımı saxlaya bilmədim”

"Vətən sevgisi tamam başqa sevgidir. Həyatda ən böyük arzularımdan biri idi torpaqlarımızın azad edilməsi. Bu gün hamımız bu sevinci yaşayırıq".

Reyting.az
xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. Əslən Füzuli rayonundan olan sənətçi doğma torpağının işğaldan azad edilməsindən danışıb:

"Doğma torpağımızın azad edildiyini eşidəndə sevincimin həddi-hüdudu yox idi. Bunu sözlə, izah edə bilmərəm. Mənim də doğma yurdum düşməndən azad edildi... O qədər sevinmişdim ki, göz yaşlarımı saxlaya bilmədim. Elə bil dünyanı mənə vermişdilər.

Əminəm ki, tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək. Qarabağı bütövlükdə azad edəcəyik. Bax, əsl bayram da onda başlayacaq. Bu sevincli günləri bizə yaşadan Ali Baş Komandanımıza və Ordumuza təşəkkür edirəm.

Allah bütün əsgərlərimizi qorusun. Hər şey gözəlliyə doğru gedir. Xalqımız bu günləri 30 ildir gözləyir".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər