Ruhi əsgər ailələrinə dəstək üçün imkanlı şəxslərə çağırış edib
Tarix: 04-11-2020 12:25 | Bölmə: Şou-biznes
Ruhi əsgər ailələrinə dəstək üçün imkanlı şəxslərə çağırış edib

Müğənni və iş adamı Ruhi Əliyeva cəbhədəki hərbçilərimizin ailələrindəki sosial problemlərin həlli üçün imkanlı şəxslərə çağırış edib.

Reyting.az
-ın məlumatına görə, R. Əliyeva sosial şəbəkədə yazıb ki, arxa cəbhədə olan insanlar ön cəbhədə döyüşən əsgərlərimizlə bərabər onların ailələrini də yaddan çıxarmamalıdırlar: “Cəbhədə döyüşən əsgərimizin fikri ancaq döyüşdə olmalı, ailəsinin problemləri onu düşündürməməlidir”.

R. Əliyeva qeyd edib ki, məşhur "Tütək səsi" filmində Qılınc Qurbanın dediyi kimi, “igid əsgər cəbhədə arxayın olmalıdır ki, evdə hər şey qaydasındadır, yoxsa döyüşə bilməz".

O, imkanlı şəxsləri, iş adamlarını hərbçi ailələrinə dəstək olmağa səsləyib:

“İş adamları, imkanlı şəxslər ehtiyacı olan hərbçi ailələrinə dayaq olmalı və onların problemlərinin həllində dövlətimizə dəstək olmalıdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}