Türkiyəli müğənnidən 2 milyon lirə tələb olunur - Məhkəmə
Tarix: 05-11-2020 11:27 | Bölmə: Şou-biznes
Türkiyəli müğənnidən 2 milyon lirə tələb olunur

Türkiyəli müğənni Reynmenə qarşı 2 milyon lirəlik dava açılıb.

Reyting.az
-ın məlumatına görə, Türkiyə mətbuatı xəbər verir ki, konsert turu təşkil edən şirkətlərdən biri ifaçı ilə 500 min avro məbləğində müqavilə imzalayıb. Razılaşmaya əsasən, Reynmen bu il Avropada 10 konsert turu reallaşdırmalı idi.

İlin əvvəlindən dünyada koronovirus pandemiyası yayıldığına görə layihə də ləğv edilib. Şirkət konsertdən əvvəl Reynmenə 200 min avro, yəni 2 milyon lirə pul ödəyib. Hazırda sözügedən şirkət ifaçıdan 200 min avronu geri tələb edir.

Şirkət rəsmilərinin məlumatına görə, onlar bir neçə dəfə müğənnidən həmin məbləği tələb etsə də, ifaçı pulu geri qaytarmayıb. Ona görə də şirkət Reynmeni məhkəməyə verib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər