16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyəli məşhurlar Şuşa ilə bağlı paylaşım edib - Fotolar
Tarix: 09-11-2020 14:27 | Bölmə: Şou-biznes
Türkiyəli məşhurlar Şuşa ilə bağlı paylaşım edib

Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin düşməndən azad olunduğunu elan etdikdən sonar sosial şəbəkələrdə qısa zamanda minlərlə post yayımlanıb.

Reyting.az
xəbər verir ki, Şuşanın azad edilməsi münasibətilə Azərbaycanı təbrik edənlər arasında türkiyəli məşhurlar da var.

Müğənni Ebru Gündeş “İnstaqram” səhifəsində Azərbaycan bayrağını yayımlayıb.

Mustafa Ceceli isə "Qarabağın qəlbi Şuşa 28 il sonra işğaldan azad edildi. Qarabağ Azərbaycandır",- sözlərini yazıb.

Murat Boz Şuşa yazılmış foto yayımlayaraq Azərbaycan və Türkiyə bayraqlarını da paylaşıb.

Ebru Şanlı isə 1992-ci ildə məcburi köçkünlərin fotosunu 2020-ci ildə tankların şəkli ilə birləşdirərək yayımlayıb və "Şuşa erməni işğalından xilas oldu",- sözlərini əlavə edib.

Alişan isə "Şuşa, həsrət bitdi" postunu paylaşıb.(Axşam.az)









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}