07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Aktrisa koronavirusa telefonundan yoluxub
Tarix: 18-11-2020 11:14 | Bölmə: Şou-biznes
Aktrisa koronavirusa telefonundan yoluxub

Türkiyəli aktrisa Irmak Ünal koronavirusa yoluxma səbəbini açıqlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan Ünal virusun telefonundan keçdiyini bildirib.

Belə ki, I. Ünal koronavirusa yoluxduğu zaman bir rəfiqəsinin evində qonaq olduğunu deyib:

“Koronavirusa rəfiqələrimdən birinin evində yoluxdum. Orada bir amilə diqqət yetirmək lazım idi. Rəfiqəmin evində xaricdən gələn qonaq var idi. O, məndən telefonumu istədi və uzun müddət onda qaldı. Daha sonra mən zəng etməli oldum. Həmin məqamda virusa yoluxduğumdan əminəm. Çünki həmin gün orada olan daha iki rəfiqəm də virusa yoluxdu, lakin onlarla müqayisədə mən xəstəliyi daha ağır keçirdim”.

Qeyd edək ki, hazırda sağalan aktrisa bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Təcili olaraq xəstəxanaya aparılan Irmaka ilkin tibbi müdaxilələr edilsə də, o, xeyli müddət yüksək hərarətinin və şiddətli ağrılarının olmasından şikayətlənib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}