Rusiyanın gecə hücumunun nəticələri açıqlanıb
Tarix: 17-09-2025 10:55 | Bölmə: Dünya
Rusiyanın gecə hücumunun nəticələri açıqlanıb

Rus ordusunun gecə saatlarında Ukraynanın Çerkassı və Kirovoqrad vilayətlərindəki infrastruktura dron hücumunun nəticələri açıqlanıb.

Reyting.az
xəbər verir ki, zərbələr vilayətlərdə yanğınlara səbəb olub, lakin ölən və yaralanan yoxdur.

Çerkassı Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri İqor Taburetsin sözlərinə görə, düşmən regionda mühüm infrastruktur obyektlərini hədəfə alıb.

“Müdafiəçilərimiz düşmənin 11 PUA-sını zərərsizləşdirərək hücumların bəzilərini dəf etdilər. Xoşbəxtlikdən itki olmayıb. Ən əsası da budur”, - o yazıb.

Onun sözlərinə görə, xilasedicilər obyektdə yanğını söndürüb, bütün zəruri xidmətlər işləri davam etdirir.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ruslar Kirovoqrad vilayətinin Kropivnitski rayonunda infrastruktur obyektlərinə zərbələr endiriblər.

“PUA zərbələri nəticəsində üç yerdə yanğın baş verib. Xəsarət alanlar və ölənlər barədə məlumat yoxdur. Hadisə yerində bütün fövqəladə hallar xidmətləri işləyir”, - məlumatda deyilir.

Hücum nəticəsində vilayət mərkəzinə və Oleksandrivska icmasının 44 yaşayış məntəqəsinə elektrik verilişi qismən sıradan çıxıb.

Xatırladaq ki, Rusiya sentyabrın 17-nə keçən gecə dəmir yollarını vurub. Nəticədə qatar cədvəllərində fasilə yaranıb.

Hərbi analitik Andrey Kramarovun fikrincə, Rusiya mülki əhalinin getməsinin qarşısını almaq üçün işğal təhlükəsi altında olan Ukrayna ərazilərindəki dəmiryol stansiyalarını hədəfə alır. O qeyd edib ki, ümumiyyətlə, rusların dəmir yollarına hücumları terror aktıdır, Ukraynanın törətdiyi hücumlar isə işğalçılara maddi-texniki cəhətdən ziyan vurur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər