15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Fədayə Laçın: “İndi mahnılarımı Laçın niskili ilə oxumayacam"
Tarix: 01-12-2020 10:49 | Bölmə: Şou-biznes
Fədayə Laçın: “İndi mahnılarımı Laçın niskili ilə oxumayacam"

Müğənni Fədayə Laçın ata yurdu Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Reyting.az
xəbər verir ki, müğənni sosial şəbəkədəki paylaşımında bunları yazıb:

"Gözlərimiz aydın olsun, Laçın da mənim kimi azadlığa çıxdı. Allah bütün bağlı qapıları açsın, İnşallah. Allahım, bu günləri bizə yaşatdığın üçün sənə təşəkkür edirəm, çox şükür. Məhəbbətin (müğənni Məhəbbət Kazımov - red.) və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır. Bu qələbəmizi igid oğullarımıza, əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə can sağlığı versin".

Fədayə Laçın daha sonra İnstaqramda canlı yayıma girərək izləyiciləri ilə söhbət edib. Uzun müddətdir Rusiyada yaşayan müğənni hazırda Bakıda olmadığına görə pis olduğunu deyib: "Kaş Bakıda olardım, Məhəbbət Kazımovun məzarını ziyarət edərdim. Ona gözaydınlığı verərdim. Sevincimi sözlərlə izah edə bilmirəm.

Uzun müddətdir toylara getmirəm. Çünki şəhidlərimiz olduğu halda mən oxuya bilməzdim. Amma indi mahnılarımı Laçın niskili ilə oxumayacam".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər