14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qarabağ qazisinin toyunu Roza Zərgərli edəcək - Fotolar
Tarix: 07-12-2020 17:50 | Bölmə: Şou-biznes
Qarabağ qazisinin toyunu Roza Zərgərli edəcək

Müğənni Roza Zərgərli qazi Musa Hüseynovun evinə yollanıb.

Reyting.az
xəbər verir ki, sənətçi ayağından yaralanan hərbçimizə toyunu edəcəyinə söz verib:

"Sənin üçün əlimdən ancaq bu gəlir, toyunu özüm edəcəm. Bütün hər şeyi boynuma götürürəm. Bir də hansı müğənnini istəsən, toya gətirəcəm".

Musa bildirib ki, müharibədə sona kimi gedə bilmədiyindən məyus olub:

"Qazi olmasaydım hərbidə qalacaqdım. Komandirimə də demişdim ki, getməyəcəm, qalacam. Amma belə oldu. Təkcə ona pis oluram ki, sona kimi gedə bilmədim. Yaralananda da qorxmadım. Öz istəyimlə getmişəm. Minadır düşdü, partladı. Olan işdir. Xəstəxanada da bütün günü həkimləri bezdirmişdim ki, döyüşə qayıdıram. Söz verdilər ki, göndərəcəyik. Amma səhəri atamla evə göndərdilər".(Axşam.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}