Şou-biznesin bəzi nümayəndələri Azərbaycanı tərk edib
Tarix: 09-12-2020 22:39 | Bölmə: Şou-biznes
Şou-biznesin bəzi nümayəndələri Azərbaycanı tərk edib

Koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanda toy, nişan və bir çox tədbirlərin qadağan edilməsi sənət adamlarını gəlirdən məhrum edib. Reyting.az MTV-yə istinadla xəbər verir ki, əsasən bu səbəbdən bəzi sənət adamları Azərbaycandan köçməyə üstünlük veriblər. Onların əksəriyyətinin Türkiyəyə üz tutduğu bildirilir.

Xalq artisti Miri Yusif yayda ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Müğənni İzmiri seçib. Hazırda Miri Yusif Bakıya işləri ilə əlaqədar gəlib-getsə də, ailəsi orada yaşayır.

Məşhur stilist Anar Ağakişiyev də pandemiya ərəfəsində Türkiyəyə köçüb. Hələ bir neçə il əvvəl fəaliyyətini orada davam etdirəcəyini deyən stilist bu il onu gerçəkləşdirib. Anar İstanbulda ev alıb, orada fəaliyyət göstərir.

Müğənni Ayan Babakiyeva artıq bir neçə aydır İstanbuldadır. Orada evi və biznesi olan sənətçi ailəsini də özü ilə aparıb. Ayan pandemiya günlərini Türkiyədə keçirməyə üstünlük verir.

Müğənni Aysel Əlizadə də İstanbula köçüb. Bir müddət əvvəl Türkiyədə özünə ev alan ifaçı karantin günlərini orada keçirir.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər