Şuşada hərbçilərimiz üçün konsert verilib - Video
Tarix: 23-12-2020 10:04 | Bölmə: Şou-biznes
Şuşada hərbçilərimiz üçün konsert verilib

Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra ilk dəfə hərbçilərimiz üçün konsert təşkil olunub.

Reyting.az
xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Səhnədə çıxış edən xanəndə "Bayatı-Şiraz" muğamını oxuyub.

Qeyd edək ki, Azərbaycan şou-biznesinin bir çox nümayəndəsi ötən gün Şuşaya səfər ediblər.

Cıdır düzündə baş tutan konsertdə Xalq artistləri Tünzalə Ağayeva, Ənvər Sadıqov, Əməkdar artist Abbas Bağırov, Təyyar Bayramov, müğənni Azad Şabanov və başqaları çıxış ediblər.

Onlar Cıdır düzündə çəkdirdikləri fotoları sosial şəbəkədə yayımlayıblar.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}