Roza Zərgərlinin qızı ilə bağlı araşdırma aparılır
Tarix: 27-12-2020 10:53 | Bölmə: Şou-biznes
Roza Zərgərlinin qızı ilə bağlı araşdırma aparılır

Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanmasına münasibət bildirib.

Reyting.az
xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkədəki video-açıqlamasında qızı haqqında səsləndirilən iddiaların yalan olduğunu bildirib:

“Mənim üzərimə çirkab tökmək istədilər, amma sənət dostlarım mənə dəstək oldular. Kişi sənət dostlarım zəng edib dedilər ki, sənin də, qızının qeyrətinə bələdik. Qadın sənətçilər isə ana kimi mənə dəstək oldular, sosial şəbəkədə paylaşımlar etdilər. Deyirlər ki, niyə susursan? Bu, sifarişli olduğu üçün fikir bildirmirdim, məsələni araşdırırdım.

Mənim tək bioloji övladım Bənövşədir. Ondan başqa övladlığa üç uşaq götürmüşəm, onlar da həyatıma rəng qatıblar. Bənövşəyə təşəkkür edirəm ki, belə masum, təmizdir. O belə düzgün tərbiyə olunmasaydı, yad övladları qəbul etməzdi. Bənövşə başqa uşaqları evinə, anasının həyatına qəbul etdi. Mənim qızım digər övladlarımı qəbul etdi. Belə ürəyə sahib qıza çirkab yaxmaq düzgündürmü? Mənim qızım üzünü, dodağını şişirtməyib, onun 2-3 getdiyi yer var, hamısını bilirəm. Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız? Onun heç nəyə ehtiyacı yoxdur. Hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur. Mən haqqımı tələb edəcəm. Hamı layiqli cavabını alacaq”.(Musavat.com)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər