30 yaşlı rəqqasə qətlə yetirilib - Fotolar
Tarix: 29-12-2020 12:43 | Bölmə: Şou-biznes
30 yaşlı rəqqasə qətlə yetirilib

Rusiyada 30 yaşlı rəqqasə Nataliya Proninoy güllələnib.

Xarici KİV-lər yazır ki, üzünə maska, başına papaq taxan bir şəxs gecə küçədə rəqqasə və rəfiqəsinin arxasınca qaçaraq, ona iki dəfə atəş açıb. Cinayətkar dərhal hadisə yerindən qaçıb.

Dərhal xəstəxanaya çatdırılan Nataliyanın həyatını həkimlər xilas edə bilməyiblər. Həmin an küçə kameralarına əks olunub. Maska ilə üzünü gizlədən şəxs rəqqasənin evinin yaxınlığında dayanıb və onun çıxmasını gözləyib.

Polis hazırda qatili axtarır. Rəfiqəsi bildirib ki, qatil işləmək üçün Moskvaya gələn əcnəbi ola bilər. O, bir neçə dəfə Nataliya ilə tanış olmağa cəhd edib.(Axşam.az)





Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}