Xalq artistinin səhhəti pisləşib
Tarix: 02-01-2021 21:21 | Bölmə: Şou-biznes
Xalq artistinin səhhəti pisləşib

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) səhhəti pisləşib.

Axşam.az xəbər verir ki, bu haqda rejissor Mahir Hüseynbəyli məlumat yayıb. O bildirib ki, Rəmiş bir müddətdir xəstə yatır:

"İmkanı olan ağdamlılar, ağdamlı Xalq artistləri, iş adamları, vəzifəli şəxslər, 60 ildir Rəmişi əlində bayraq edib onun ağdamlı olmağı ilə fəxr edən kəslər, gedib oraları gəzəndə bir onu da yada salın. Vəziyyəti yaxşı deyil. Aparın Ağdamı görsün, ayıbdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}