15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Müğənni həmkarları ilə bağlı yenə qalmaqallı açıqlama verib
Tarix: 14-01-2021 14:43 | Bölmə: Şou-biznes
Müğənni həmkarları ilə bağlı yenə qalmaqallı açıqlama verib

“10 min manata toya gedən oğlan “bir sezonluqdur”. Gedib “cik-cik” edib, pulunu qazanıb. Amma əsl sənətkarlar toy bazarında olmayıb”.

Reyting.az
xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Mirəliyev yenə qalmaqallı açıqlaması ilə həmkarlarının bostanını daşlayıb:

“Onların çoxu özlərini boş-boş reklam ediblər. Güya bunların villaları var. Çoxunun heç evi yoxdur, kirayədə yaşayırlar. Villaları olanlar heç üzə çıxarmır. Adlarını çəkmirəm, mən bilirəm onların nələri var. Ağıllı adam olublar, vaxtında ev-eşik alıb, veriblər kirayəyə. Onların hamısı toy bazarına işləyir, sənət bazarına yox. Azərbaycan musiqisində adları qalsın, bunlarla hesablaşsınlar - belə şey yoxdur. İndi də bazarları bağlanıb, qalıblar qıraqda. Heç toylar da olmayacaq, gedib, moizəxanlıq edəcəklər”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər