15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Rəqqasə Fatimə: “Pullarımı ütüləyib yığmışam”
Tarix: 25-01-2021 12:42 | Bölmə: Şou-biznes
Rəqqasə Fatimə: “Pullarımı ütüləyib yığmışam”

"Bir gündə 13 toya gedirdim, aş təqdim edirdim. Evə gələndə artıq ayaqlarımı idarə edə bilmirdim. Balaca vaxtı yuxuya gedəndə arzular qururdum. Deyirdim, hansısa sahədə məşhur olacam, oldum da”.

Reyting.az
xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Hüseynova bacıları" proqramında deyib.

Onun sözlərinə görə, bir ildir toya getmir: “Düşünürdük ki, toy olmasa, nə olacaq? Xına məclisi olmayanda da Allah mənə ruzi verirdi. Çətin zəmanədə yaşayırıq. Nəsə iş görmək üçün ona can qoymaq lazımdır".

Sənətçi karantindən əvvəlki həyatından, var-dövlətindən bəhs edib: "Pullarımı ütüləyib yığmışam. Gətirib anama vermişəm, yığıb. İkiotaqlı ev almışam. Sonra onu satıb, daha böyüyünü almışam. Qazanıramsa, özümə layiq şərait düzəltməliyəm.

Hamı elə bilir ki, Fatimə çox imkanlıdır. Bir bağım, bir evim, bir maşınım var. Qızımı ərə vermişəm, öz evi var. Oğlumu da evləndirib, gəlin gətirəcəm, birlikdə yaşayacam".(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər