14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Müğənni Niyam Salami aktyoru aldadıb
Tarix: 28-01-2021 12:17 | Bölmə: Şou-biznes
Müğənni Niyam Salami aktyoru aldadıb

Müğənni Niyam Salami ilə aktyor Fərda Xudaverdiyev arasında qalmaqal baş verib. Buna səbəb ifaçının Fərdanın "10 qat şou" ptoqramının çəkilişində onu aldatması olub.

Reyting.az
xəbər verir ki, verilişə çağırılan Niyam çəkiliş məkanına gəlib. Amma o, proqramın çəkilişi başlamamış məkanı tərk edib.

Bunla bağlı Fərda "Birə-bir" verilişində də danışıb. Bildirib ki, N. Salami ona hörmətsizlik edib:

"Heç kimə heç nə demədən gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Xəstə ola-ola səni orada saxlayacaqdım? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Sənə şəxsən özüm zəng etmişəm. Sən də mənə zəng edə bilərdin. Nə qədər zəng edirəm, cavab vermir, ona görə də efirdə adını çəkdim. Saymamazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım. Bunu dünən çıxan vayner edə bilərdi. Vaynerə sosial şəbəkə lazımdır, sənə televiziya mütləqdir".(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}