"Avroviziya 2021" fərqli formatda keçiriləcək
Tarix: 08-02-2021 16:49 | Bölmə: Şou-biznes
"Avroviziya 2021" fərqli formatda keçiriləcək

"Avroviziya 2021" Beynəlxalq Musiqi Müsabiqəsi bu dəfə fərqli formatda keçiriləcək.

Müsabiqənin təşkilatçıları yarışmanın rəsmi saytında bildiriblər ki, "Avroviziya" müsabiqəsinin pandemiya dövründə keçirilməsi üçün 4 fərqli versiya irəli sürülüb. Onların hər biri adət etdiyimiz formatdan seçilir.

Məlumata görə, seçilən ssenarilərdən 3-ü üzərində hazırda müzakirələr aparılır.

İcraçı məsləhətçi Martin Österdahl deyib ki, yarışmada komanda üzvlərindən sənətçilərədək yer alacaq hər kəsin sağlamlığı önəmlidir: “Beynəlxalq prosesləri yaxından izləyirik. Ssenarilərdən üçünü araşdırmağa və planlaşdırmağa davam edirik".

Qeyd edək ki, Rotterdamda keçirilməsi planlaşdırılan müsabiqədə 1,5 metr məsafəyə riayət etmək üçün konsert zalının hazırki tutumu da əhəmiyyətli dərəcədə azaldılacaq. Əvvəl müsabiqəni canlı olaraq 25-35 min tamaşaçı izləyirdisə, bu il belə olmayacaq. Bilet alanlar isə pullarını geri alacaqlar.

"Avroviziya"nı zalda neçə tamaşaçının izləyəcəyi apreldə açıqlanacaq.

Versiyalardan birinə əsasən, yarışma sosial məsafəli şəkildə keçiriləcək. Yəni "Ahoy Rotterdam" konsert zalında tamaşaçı sayı məhdud olacaq.

Digər versiyaya görə, iştirakçıların səyahəti məhdudlaşdırılacaq. "Ahoy Rotterdam"da tamaşaçı sayı azaldılacaq. Niderlanda gələ bilməyən nümayəndələr öz ölkələrindəki studiyalarda çıxış edəcəklər.

Mətbuat mərkəzi rəqəmsal şəkildə aparılacaq və layihəyə 1500 nəfər cəlb ediləcək.

Üçüncü versiyaya görə isə "Avroviziya" karantində olacaq. Niderland yenidən karantinə alınarsa, yarışma tamaşaçısız keçiriləcək və təmsilçilər öz ölkələrindəki studiyalarda çıxış edəcəklər. Mətbuat mərkəzi rəqəmsal şəkildə aparılacaq və 1500 nəfər layihəyə cəlb olunacaq.

Xatırladaq ki, mayın 18-dən 22-nə kimi nəzərdə tutulan yarışmada Azərbaycanı Samirə Efendi təmsil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}